Azərbaycan ilə Özbəkistanı qədim tarixi-mədəni və siyasi əlaqələr birləşdirir. Ulu Öndər Heydər Əliyevin Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərin qurulmasında misilsiz xidmətləri olub. Ümummilli Liderin 1996-cı və 1997-ci illərdə Özbəkistana səfəri zamanı iki ölkə arasında bir çox müqavilə imzalanıb. SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, 2022-ci və 2024-cü illərdə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından imzalanan sazişlər yenilənib. Bu sazişlər 2022-ci ildə bir qədər də artırılıb və daha çox sahəni əhatə edib.…
Daha çox