Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi. Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşünün işinə uğurlar arzuladı. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin…
Daha çoxDay: July 4, 2025
İsrail ordusu İrana qarşı yeni plan hazırlayır
İsrail ordusu İranın İsrail üçün təhdidini aradan qaldırmaq üçün ətraflı bir plan hazırlayır. SİA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. Onun sözlərinə görə, ordu həm kəşfiyyat, həm də hücum qabiliyyəti cəhətindən hazırlıqlı olmalıdır ki, İran əvvəlki hərbi gücünü bərpa etmək iqtidarında olmasın. Qeyd edək ki, İran və İsrail arasında 12 gün davam edən münaqişə iyunun 24-də atəşkəslə başa çatıb.
Daha çoxMilli Observatoriyanın yaradılmasından 6 il ötür
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir. Həmin fəaliyyəti ilə, eyni zamanda, əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və məşğulluq sahəsində dövlət proqramlarının inkişafına dəstək verir. Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi Milli Observatoriyanın…
Daha çoxQazaxıstanın Baş naziri Azərbaycanda səfərdədir
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox“Azərbaycan iqtisadiyyatının əsas investisiya ehtiyacı müharibə dövründə olub”
“Yerli istehsal müəssisələrinin beynəlxalq tədarük zəncirlərinə inteqrasiyası və qlobal iqtisadiyyata adaptasiyası iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq iqtisadi sistemə səmərəli inteqrasiya üçün ilk növbədə mövcud istehsalatın rəqabətqabiliyyətli olması əsas şərtlərdəndir. Rəqabətqabiliyyətin təmin olunması üçün istehsal olunan məhsullar həm keyfiyyət baxımından beynəlxalq standartlara cavab verməli, həm də müasir texnoloji əsaslara söykənən istehsal prosesləri ilə müşayiət olunmalıdır. Bu, maya dəyərinin aşağı düşməsi və nəticə etibarilə məhsulun xarici bazarda rəqabətə davamlı olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. Onun sözlərinə görə, lakin qeyd edilən bu iki…
Daha çoxTacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çoxMəsud Pezeşkian Azərbaycana səfərə gəlib
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox“KİV-in və sosial medianın üzərinə böyük məsuliyyət düşür”
“Ailədaxili zorakılıq cəmiyyətin sağlam inkişafına ciddi maneə törədən, fərdlərin psixoloji və fiziki rifahını pozan mühüm bir sosial problemdir. Bu zorakılıq forması yalnız fiziki şiddətlə məhdudlaşmır – psixoloji təzyiq, iqtisadi asılılıq, emosional manipulyasiya və cinsi zorakılıq da ailədaxili zorakılığın müxtəlif təzahür formalarıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bir çox hallarda bu zorakılıq halları cəmiyyət tərəfindən “ailədaxili məsələ” kimi qəbul olunur və görməzdən gəlinir. Bu yanaşma problemin köklənməsinə, nəsildən-nəslə ötürülməsinə və daha ağır nəticələrin ortaya çıxmasına səbəb olur: “Ailədaxili zorakılığın qarşısını almaq üçün həm cəmiyyət, həm…
Daha çoxCeyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının və siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb. Görüş zamanı iqtisadi əlaqələr, ticarət, investisiya, enerji təhlükəsizliyi,…
Daha çoxPakistan ordusundan əməliyyat
Son üç gün ərzində Əfqanıstandan Pakistana qaçaq yolla keçməyə çalışan 30 silahlı şəxs zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. “Təhlükəsizlik qüvvələrimiz yüksək peşəkarlıq göstərərək ehtimal olunan bir fəlakətin qarşısını aldı”- məlumatda bildirilib. Xatırladaq ki, ötən həftə Pakistanın Əfqanıstanla sərhəd bölgəsində terror aktı baş vermiş və nəticədə 16 Pakistan əsgəri həlak olmuşdu. Rəsmi İslamabad bu cür terror aktlarının arxasında Hindistanın olduğunu iddia edir.
Daha çox