İnsanlar niyə tənqidə dözümsüz olub?

“İnsanlar niyə tənqidə dözümsüz olur? Bu sual sadə görünsə də, cavabı insan psixikasının dərin qatlarına gedib çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Almara Ağaqızı deyib. Onun sözlərinə görə, psixoloji baxımdan, insanın ən təməl ehtiyaclarından biri özünü qorumaq və qəbul edilməkdir. Tənqid isə çox zaman bu ehtiyaclara “təhlükə siqnalı” kimi təsir edir. Xüsusilə şəxsiyyətə yönəlmiş və ya haqsız görünən tənqidlər insanın daxili balansını poza bilər. Psixologiyada “ego müdafiə mexanizmləri” deyilən anlayış var. İnsan beyni, xüsusilə də limbik sistem – yəni emosional reaksiya mərkəzi – tənqidi çox vaxt təhlükə kimi qəbul edir.…

Daha çox

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Daha çox

“ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında enerji sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. SİA xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, regionun iqtisadi inkişafında enerji sahəsində əməkdaşlıq həlledici rol oynayır: “ECO-ya üzv ölkələr üçün vahid enerji bazarı strategiyasının hazırlanması zəruridir. Çünki sənaye sektoru bərpa olunan enerjidən istifadə imkanlarını genişləndirməli, bu isə öz növbəsində iqtisadi artımı dəstəkləməlidir. Hazırda Tacikistan bu istiqamətdə yeni iqtisadi artım strategiyasını həyata keçirməkdədir. Elektrik stansiyalarının qurulması və enerji istehsalının artırılması bu strategiyanın əsas hədəflərindən…

Daha çox

“Bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır”

“Plastikdən imtina real nəticə verə bilər, lakin bu, tədbirin miqyasından və ona yanaşmanın ciddiliyindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. O bildirib ki, bu məsələnin həm müsbət, həm də tənqid olunan mənfi tərəfləri mövcuddur: “Plastik tullantıların azaldılması, xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların – məsələn, torbalar, butulkalar, qab-qacaq və digər əşyaların istifadəsinin məhdudlaşdırılması – ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cür plastiklər istifadədən dərhal sonra atıldığından təbiətə ciddi zərər yetirir. Əgər ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyiriksə, bu…

Daha çox

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev iyunun 4-də Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabad rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. Bildirilib ki, qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret…

Daha çox

Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək

Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib. Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndində təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.

Daha çox

Azərbaycanda rusdilli məktəblər bağlanmalıdır? – Paytaxt sakinləri DANIŞDI

Müasir dövrdə qloballaşan dünyada çoxdilli təhsil sistemi ölkələrin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. Azərbaycanda rus dili tarixi və ictimai əhəmiyyəti baxımından xüsusi yer tutur. Ölkəmizin çoxmillətli və çoxdilli cəmiyyət olması rus dilinin tədrisini yalnız kommunikativ alət kimi deyil, həm də strateji və mədəni körpü kimi dəyərləndirməyə əsas verir. Məktəblərdə rus dili dərslərinin keçirilməsi, şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların dünya ədəbiyyatına, elmi mənbələrə və beynəlxalq informasiya məkanına çıxışını da genişləndirir. Bəs artıq rus dilinin keçirilməsinə davam edilməlidirmi? SİA bu barədə şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Mənzurə…

Daha çox

Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb

İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha çox

ECO ölkələri dayanıqlı inkişaf siyasətində iqlim dəyişmələri amilini nəzərə almalıdır

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşı mübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm. SİA xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib. Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlı inkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqla həyata keçirməsi çox vacibdir. Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də…

Daha çox

Ərdoğan Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib. SİA xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb. “Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, – deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib. O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham…

Daha çox