XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər
Daha çoxDay: July 4, 2025
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb. SİA xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin edilməsi, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı ilə iki Anlaşma Memorandumun ratifikasiya edilməsi, “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi, eləcə də bir neçə qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.
Daha çoxPrezident İlham Əliyev Donald Trampı təbrik edib
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx…
Daha çoxTərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir. “Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, – dövlət başçısının məktubunda qeyd olunub.
Daha çoxCeyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. UNESCAP-ın icraçı katibi zirvə toplantısına dəvətə və ölkəmizin 2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını bildirib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan…
Daha çoxMM Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib
Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb. Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq. Sənəd səsverməyə çıxarılaraq qəbul edilib. Xatırladaq ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Prezident Administrasiyasında çalışıblar.
Daha çox“ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk”
Azərbaycan Prezidenti İlham Əliyev nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdiyini bildirib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir: “Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini…
Daha çoxŞuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Daha çox“Xalqımız öz doğma yurduna böyük inam və ümidlə qayıdır”
“Böyük Qayıdış sadəcə insanların öz doğma torpaqlarına fiziki dönüşü deyil, həm də milli kimliyə, tarixə və ədalətə dönüş prosesidir. Azərbaycan xalqı uzun illər boyu Qarabağ və Şərqi Zəngəzur torpaqlarının həsrətini yaşayıb. 2020-ci ildə əldə olunan tarixi Zəfər bu həsrətə son qoydu və indi artıq real şəkildə Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bu proses təkcə məcburi köçkünlərin evlərinə qaytarılması ilə yekunlaşmır. Böyük Qayıdış eyni zamanda həmin ərazilərin bərpası, iqtisadi inkişafı, təhlükəsizliyin təmin olunması və davamlı həyatın qurulması ilə müşayiət olunur:…
Daha çoxMilli Məclis büdcənin icrasını təsdiqləyib
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib. SİA xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır. İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.
Daha çox