“Azərenerji” ASC 2024-cü ili 173,834 milyon manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,7 % azdır. Bununla belə, qurumun yığılmış zərəri 8,7 % azalaraq 1 820,557 milyon manata düşüb. Ötən il “Azərenerji”nin elektrik enerjisi satışından gəlirləri 1 milyard 429,625 milyon manat (əvvəlki ilə nisbətən 15,2 % az), elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 1,231 milyon manat (2,5 dəfə az), digər gəlirləri isə 37,471 milyon manat (10 dəfə çox) olub. 2024-cü ildə qurumun yanacaq xərcləri 685,805 milyon manat (2023-cü illə müqayisədə…
Daha çoxDay: July 4, 2025
MM iki Anlaşma Memorandumunu ratifikasiya edib
Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib. SİA-nın məlumatına görə, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb. İclasda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına…
Daha çox“Putin Ukraynaya qarşı müharibəni dayandırmaq istəyənə oxşamır”
ABŞ prezidenti Zelenskiyə də zəng edəcək… …SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Kreml lideri Vladimir Putinlə söhbətindən sonra çox məyus olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti heç də Ukraynaya qarşı müharibəni dayandırmaq istəyən şəxsə oxşamır. Buna görə də, cümə günü, iyulun 4-də o, Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcək. …Düzünü desəm, mənə elə gəlir ki, Putin sadəcə… artıq orada deyil. Mən onun dayanmaq istədiyini görmürəm. Və bu, çox pisdir. O, bu müharibəni bitirmək istəyən adam kimi görünmür. Cümə…
Daha çoxPakistanın Baş naziri Xankəndiyə gəlib
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Xankəndiyə gəlib. SİA xəbər verir ki, qonağı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Daha çoxSabah yağış yağacaq, külək güclənəcək
İyulun 5-də Azərbaycanda bəzi yerlərdə yağış yağacağı, küləyin güclənəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı…
Daha çoxNaxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. Qeyd edək ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı iyulun 22-də Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında keçiriləcək. Ətraflı məlumatı Əmlak…
Daha çoxƏrdoğan Azərbaycana səfərə gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox“ABŞ Ukraynaya silah verməkdə davam edir…”
Ağ Ev rəhbəri bir detala aydınlıq gətirib… ABŞ prezidenti Donald Tramp deyib ki, Amerika Ukraynaya silah verməkdə davam edir. SİA-nın məlumatına görə, bu barədə Fox News xəbər verir. …Biz dayandırmamışıq, biz silah veririk. Amma biz o qədər silah verdik… və onlara kömək etməyə çalışırıq. Bayden silah təmin etməklə bütün ölkəmizi viran qoydu və biz özümüz üçün kifayət qədər silahımız olduğundan əmin olmalıyıq. Təbii ki, çümlələr rabitəsiz olsa da, hər halda bunu Tramp deyib. Əli Babayev
Daha çoxXankəndidə Zirvə görüşü başlayır – CANLI
Xankəndidə Zirvə görüşü başlayır – CANLI
Daha çoxRomada güclü partlayış olub
İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb. Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var. Bildirilib ki, hadisə yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub və məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur. Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.
Daha çox