“Putin də qanuni hədəfdir”..?






Ukrayna Silahlı Qüvvələrinin mayoru rus generallarının sıradan çıxarılmasından danışıb…



…Yüksək rütbəli rus hərbi rəhbərlərinin sıradan çıxarılması Rusiya Federasiyasının cəbhədə müəyyən hərəkətlər planlaşdırmasının qarşısını alacaq.

SİA-nın məlumatına görə, bu barədə Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman Radio NV-nin efirində bildirib.

…Orduda komandir öləndə dərhal komandir əvəzi təyin edirlər. Yəni onların tamamilə rəhbərsiz qalması kimi bir şey yoxdur. Amma işi yeni adam götürüb başa salmalıdır ki, bu da bölüyün işini çətinləşdirir. Məhv edilən bütün bu hərbi qulluqçular bizim GUR, SB və ya DSX-nin nə qədər uğurlu olduğunu göstərir ki, biz bu hazırlıqda birbaşa iştirak etmişik. Yalnız şans deyildi, kəşfiyyat işləyirdi, harada və nə vaxt toplanacaqlarını bilirdi.

Bunu Getman deyib.

O, eyni zamanda əlavə edib ki, belə ləğvetmələr Putinin özündə də qorxu yaradır.

…Axı o, xüsusi xidmət orqanlarının necə işlədiyini görür. Putin başa düşməlidir ki, qanuna görə o, bizim də qanuni hədəfimizdir. Əminəm ki, gec-tez o da məhv edilməlidir.

Bunu da Getman deyib.

Əli Babayev

Əlaqəli Xəbərlər