…Rusiyanın Ukraynaya kütləvi hücumundan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon prezident Donald Trampı Rusiya ilə bağlı strategiyasını dəyişməyə çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “European Pravda” xəbər verir ki, bu barədə konqresmen X-də yazıb.
O, Kremlin ağası Vladimir Putin və onun işğalçı ordusunun Ukrayna şəhərlərinə hücumlarını davam etdirdiyi üçün Trampın Rusiya ilə bağlı hazırkı strategiyasının işə yaramadığını diqqətə çatdırıb.
…Cənab prezident, Rusiya ilə bağlı siyasətiniz nəticə vermir. Biz danışıqlar apararkən, Putin Ukrayna şəhərlərini bombalayır, – Bekon qeyd edib
O, mesajına Rusiyanın Kiyevə hücumunun nəticələrinin fotosunu da əlavə edib və Rusiya Federasiyası ilə bağlı strategiyanın dəyişdirilməsinin zəruriliyini qeyd edib.
…Biz və müttəfiqlərimiz Ukraynanı dişinə qədər silahlandırmalı və sərt sanksiyalar tətbiq etməliyik. Putin sizi və Amerikanı ələ salır.
Bunu da konqresmen deyib.
…Digər respublikaçı konqresmen Co Uilson Rusiya Federasiyasının Ukraynaya kütləvi hücumunu şərh edərək, Putini dayandırmağa və Ukraynanı müdafiə üçün lazımi vasitələrlə təmin etməyə çağırıb.
Gecə ərzində (…ötən günü nəzərdə tutur-A.B.) Rusiya işğalçıları Ukraynaya 550 hava zərbəsi ilə hücum edib, 478 hədəf zərərsizləşdirilib, lakin 8 yerdə vurulub, 33 yerdə dağıntılar düşüb.
Qeyd edək ki, iyulun 3-ü axşam saatlarında Tramp Kreml rəhbəri ilə söhbət edib. Görüşdən sonra Amerika prezidenti bildirib ki, Ukraynadakı yanğının dayandırılmasında heç bir irəliləyiş yoxdur.
Əli Babayev