Türkiyədəki meşə yanğınları ilə bağlı sevindirici xəbər


Türkiyədə 9 əsas meşə yanğınından 6-sı nəzarət altına alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

“Bu gün Antalya, Mersin, Kırklareli, eləcə də Silivri (İstanbul) və Uşak (Aydın) rayonlarında doqquz irimiqyaslı yanğınla mübarizə apardıq. Onlardan 6-sı lokallaşdırılıb. Çeşmədə (İzmir) yanğının şiddəti azalıb və sabah müsbət xəbərlər gözləyirik”, – nazir deyib.

Yumaklının sözlərinə görə, ən çətin vəziyyət Egey dənizi sahilində yerləşən İzmir şəhərində müşahidə olunur:

“Yanğınların söndürülməsi üçün 10 təyyarə, 25 helikopter və çox sayda canlı qüvvələ cəlb olunub. Yanğınların baş verməsinə tez-tez insan amili səbəb olur. Məsələn, Buca rayonunda yanğın qaynaq işləri zamanı başlayıb.

İzmir şəhərində baş verən yanğınlar nəticəsində biri yanğınsöndürən olmaqla iki nəfər həyatını itirib”.

Nazirin sözlərinə görə, son bir həftə ərzində Türkiyədə 624 meşə yanğını qeydə alınıb, onlardan 621-i nəzarət altına alınıb.

Əlaqəli Xəbərlər