Krım körpüsündə bir neçə saatlıq tıxac yaranıb…


Kerç tərəfdən Krım körpüsünə daxil olmaq üçün 400-dən çox avtomobil növbəyə düzülüb. Avtomobil yolları üzrə məlumat mərkəzinin operativ kanalı saatlarla tıxacda qalan avtomobil yolunun estakadaya yaxınlaşmasında vəziyyətlə bağlı məlumat yayıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, saat 14:00-da sırada Taman tərəfdən 245, Kerç tərəfdən isə 460 maşın var idi.

Körpüyə girmək üçün gözləmə müddəti təxminən bir saat idi. Saat 4-ə qədər vəziyyət dəyişmişdi.

…Yoxlama məntəqəsinin qarşısında Taman tərəfdən növbə yoxdur. Kerç tərəfdən növbədə 410 avtomobil var. Gözləmə müddəti iki saata yaxındır, – deyə xidmətdən bildirilib.

İyulun əvvəlində Taman tərəfdən Krım körpüsünü keçmək üçün 803 avtomobil növbəyə durub.

İyulun 1-nə keçən gecə magistralın bağlanması zamanı avtomobillər baxış məntəqələrinin qarşısına yığılıb.

Hərəkət saat 0:22-də dayandırılıb və saat 1:54-də bərpa edilib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər