“İƏT-in 17-ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi”

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi etdi. Toplantının Xankəndi şəhərində baş tutmasının xüsusi əhəmiyyəti var. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə yüksək səviyyəli beynəlxalq toplantıların keçirilməsi artıq ənənə halını alıb. Açılış mərasimində Prezident İlham Əliyev də Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü, həmçinin bu ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü xüsusi qeyd etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Onun sözlərinə görə, bu vacib toplantının məhz Xankəndidə keçirilməsi…

Daha çox

ABŞ “TikTok”u ALMAQ İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin Çinin “ByteDance” şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir. “Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır”, – Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.

Daha çox

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar mərasim keçirilib. SİA xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib. Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman…

Daha çox

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum…

Daha çox

Təbii qaz ucuzlaşdı

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.74% ucuzlaşaraq 3.3862 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% azalıb. Beləliklə, qazın meqavat-saatı 33.36 avro olub.

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,68 % azalaraq 74,17 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,73 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,69 % azalaraq 72,92 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…

Daha çox

Türkiyə və ŞKTC mediası ECO Zirvə görüşünə geniş yer ayırıb

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü geniş işıqlandırıb. SİA xəbər verir ki, “ECO məkanında əməkdaşlıq üçün kritik əhəmiyyətə malik” kimi xarakterizə olunan Zirvə görüşünü işıqlandıran media strukturları prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət yetirib. Bakının İqtisadi Əməkdaşlıq Təşkilatındakı tərəfdaşları ilə əlaqələri daha da dərinləşdirməyə hazır olması ilə bağlı Azərbaycan dövlət başçısının mövqeyi Türkiyə və ŞKTC-nin çoxmilyonlu auditoriyasına çatdırılıb. Dünyanın 12 ölkəsini təbii qazla təmin edən Azərbaycanın uğurlu…

Daha çox

İtaliyada sərxoş sürücülərin avtomobili bloklanır

İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək. SİA xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda…

Daha çox