Bazar günü yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi…

Daha çox

KOBİA-nın ötənilki gəlirləri və xərcləri eyni olub

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) gəlirləri ilə xərcləri eyni olub. Halbuki, agentlik 2023-cü ildən 562 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il KOBİA-nın gəlirləri 20,365 milyon manat (əvvəlki ilə nisbətən 19,2% az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri də 20,365 milyon manat (illik müqayisədə 17,4 % az), o cümlədən istifadə etdiyi materialların dəyəri 682 min manat (40,2 % az), işçi heyəti üzrə xərcləri 13,735 milyon manat (14,4 % çox), amortizasiya xərcləri 959 min manat (5,7 % çox), digər əməliyyat xərcləri…

Daha çox

Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib. Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə…

Daha çox

Aşura günündə qanvermə ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur

Azərbaycan xalqı Aşura günündə, həmçinin Vətən, torpaq və ədalət uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsini ehtiramla anır. SİA xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında çıxışı zamanı səsləndirib. Şeyxülislam əlavə edib ki, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Əvvəllər bəzi radikal qruplar bu günü sui-istifadə mövzusuna çevirmişdi. Ulu Öndərin təşəbbüsü ilə bu məsələ müdrikcəsinə həll olundu – kim bu yolda qan vermək istəyirsə, qoy, bu qanla bir həyat xilas etsin. Bu təşəbbüs…

Daha çox

Şəmkirin kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Salahova Adilə Səməd qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən diametri 108 mm və 76 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər Zəyəm AQPS-dən qidalanan kənddə təxminən 1 300 abonentin qazı kəsiləcək. Qaz İstismarı İdarəsi abonentlərə müvəqqəti narahatlığa görə üzr istəyib və ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Daha çox

Hərracın gedişini “Mobil icra” proqram təminatı ilə izləmək mümkün olacaq

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcək. Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcək.

Daha çox

Allahşükür Paşazadə qanvermə aksiyasında

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. SİA xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir. Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.

Daha çox

Qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram

Azərbaycanın erməni kilsəsi ilə olan əlaqələri 44 günlük Vətən müharibəsində qazanılan qələbədən əvvəl fərqli idi. SİA xəbər verir ki, bunu qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. “Çünki 2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram”, – QMİ sədri bildirib.

Daha çox

Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur. SİA xəbər verir ki, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib. Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub. Ən…

Daha çox

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir. SİA xəbər verir ki, bu sözləri qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O deyib ki, bu, Azərbaycanın dövlət siyasəti və onun nəticəsidir: “Azərbaycanda sovet dövründə 17 məscid var idisə, bu gün minlərlə məscidimiz var. Bu şərairi yaradan da dövlətdir. Bu həm də din və dövlət arasındakı münasibətin göstəricisidir”.

Daha çox