Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur. SİA xəbər verir ki, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib. Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub. Ən…

Daha çox

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir. SİA xəbər verir ki, bu sözləri qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O deyib ki, bu, Azərbaycanın dövlət siyasəti və onun nəticəsidir: “Azərbaycanda sovet dövründə 17 məscid var idisə, bu gün minlərlə məscidimiz var. Bu şərairi yaradan da dövlətdir. Bu həm də din və dövlət arasındakı münasibətin göstəricisidir”.

Daha çox

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək. Bakı-Laçın və əksinə istiqamətdə biletin…

Daha çox

Gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalıdırlar

Ulu Öndərin adını daşıyan Akademiyanın məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar. SİA xəbər verir ki, bunu iyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar mərasimdə çıxışı zamanı DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik etmiş, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.…

Daha çox

Prezident İlham Əliyev venesuelalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Venesuela Bolivar Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrə əsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Venesuela xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Daha çox

Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Sənədi Azərbaycan tərəfindən nazir, Pakistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıb. “Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək”, – deyə M.Cabbarov qeyd edib.

Daha çox

Oğuzun iki kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha çox

“İƏT-in 17-ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi”

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi etdi. Toplantının Xankəndi şəhərində baş tutmasının xüsusi əhəmiyyəti var. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə yüksək səviyyəli beynəlxalq toplantıların keçirilməsi artıq ənənə halını alıb. Açılış mərasimində Prezident İlham Əliyev də Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü, həmçinin bu ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü xüsusi qeyd etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Onun sözlərinə görə, bu vacib toplantının məhz Xankəndidə keçirilməsi…

Daha çox

ABŞ “TikTok”u ALMAQ İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin Çinin “ByteDance” şirkətindən alınması ilə bağlı müqavilənin demək olar ki, hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Vaşinqton Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətindədir. “Bizim müqaviləmiz demək olar ki, hazırdır. Yəqin ki, Çindən razılıq alacağıq. Bu, dəqiq deyil, amma ehtimaldır”, – Amerika lideri Nyu Cersiyə gedərkən təyyarəsində jurnalistlərə deyib.

Daha çox

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar mərasim keçirilib. SİA xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib. Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman…

Daha çox