Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum…
Daha çoxDay: July 5, 2025
Təbii qaz ucuzlaşdı
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.74% ucuzlaşaraq 3.3862 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% azalıb. Beləliklə, qazın meqavat-saatı 33.36 avro olub.
Daha çoxQızıl və gümüş bahalaşdı
Qızıl və gümüş bahalaşdı
Daha çoxKoronavirusun təhlükəli ştamı yayılıb
Koronavirusun təhlükəli ştamı yayılıb
Daha çoxAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,68 % azalaraq 74,17 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,73 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,69 % azalaraq 72,92 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxTürkiyə və ŞKTC mediası ECO Zirvə görüşünə geniş yer ayırıb
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü geniş işıqlandırıb. SİA xəbər verir ki, “ECO məkanında əməkdaşlıq üçün kritik əhəmiyyətə malik” kimi xarakterizə olunan Zirvə görüşünü işıqlandıran media strukturları prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət yetirib. Bakının İqtisadi Əməkdaşlıq Təşkilatındakı tərəfdaşları ilə əlaqələri daha da dərinləşdirməyə hazır olması ilə bağlı Azərbaycan dövlət başçısının mövqeyi Türkiyə və ŞKTC-nin çoxmilyonlu auditoriyasına çatdırılıb. Dünyanın 12 ölkəsini təbii qazla təmin edən Azərbaycanın uğurlu…
Daha çoxİtaliyada sərxoş sürücülərin avtomobili bloklanır
İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək. SİA xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda…
Daha çoxRus ordusu Xarkovda daha bir məntəqəni işğal etdi
Rus işğalçıları Xarkov vilayətinin Melovoe kəndini ələ keçiriblər. SİA xəbər verir ki, bu barədə “DeepState” analitiklər qrupu məlumat yayıb. Xüsusilə qeyd edilir ki, ruslar qısamüddətli hücum əməliyyatlarından sonra Melovoe yaşayış məntəqəsini və meşə zolaqlarını işğal ediblər. “Bu hərəkətlər düşmənin Oskol çayının qərb sahilinə hücumunu dəstəkləmək məqsədi daşıyır. Çox güman ki, yaxın günlərdə Oskol çayı boyunca hücumun ərazisini genişləndirmək üçün Boloqovka və ya Otradnoyeyə hücum gözlənilir”, – məlumatda bildirilib.
Daha çoxÇexiya Parlamenti bir sıra hüquq pozuntuları üçün alternativ cəza tədbirlərini təsdiqləyib
Çexiya Senatı hökumətin təklifinə əsasən məhbusların və təkrar cinayətlərin sayının azalmasına, eləcə də büdcə xərclərinə qənaət edilməsinə səbəb olacaq Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. SİA xəbər verir ki, qərar bəzi senatorların, hətta daha ciddi cinayət və hüquq pozuntularına görə sərbəst şəkildə pul cərimələrinin təyin olunmasının mümkünlüyünə dair narahatlıqlarına baxmayaraq qəbul edilib. Dəyişikliklər alternativ cəza növlərinə üstünlük verir və bəzi əməlləri, məsələn, alimentin ödənilməməsini qismən cinayət məsuliyyətindən azad edir. Bundan əlavə, narkotik təsirli bitkilərin yetişdirilməsi və saxlanması ilə bağlı qaydalar da yumşaldılır. Prezidentin imzasına göndərilən qanun layihəsi həmçinin “uşaq sertifikatı”nın tətbiqini və…
Daha çoxQazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb
Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb. SİA-nın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib. Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu…
Daha çox