simvolların və onların mənasının deşifr edilməsi…


…Suriyanın yeni hakimiyyət orqanları ölkənin milli gerbini rəsmən təsdiqləyib: indi orada qanadları açılmış qartal və başının üstündə üç ulduz təsvir olunub.

Mərkəzdə təsvir olunan qartal gücü və tarazlığı təmsil edir. Quyruğundakı beş lələk ölkənin beş əsas coğrafi bölgəsinə – Cənub, Şimal, Mərkəzi, Sahil və Şərqə istinad edərək onların birliyini vurğulayır.

Qanadlardakı on dörd lələk Suriyanın 14 vilayətini simvollaşdırır: Dəməşq, Deyr əz-Zor, Dəra (Dərya), İdlib, Latakiya, Tartus, Hələb, Həma, Homs, Kuneytra, Həsəkə, Raqqa və Suveyda…

Bəziləri bu rəqəmi Suriya İnqilabının 14 ili (2011-2025) ilə də əlaqələndirirlər. Kompozisiyanı taclandıran üç ulduz dövlət bayrağının elementlərini əks etdirir, güc, ərazi bütövlüyü və milli birlik ideyalarını birləşdirən obrazı tamamlayır.

2024-cü ilin dekabrında silahlı müxalifət Suriyada nəzarəti ələ keçirdi və bu, Bəşər Əsəd rejiminin devrilməsinə və yeni hökumətin qurulmasına səbəb oldu.

Əli Babayev

Əlaqəli Xəbərlər