Dörd günlük iş rejimi daha məhsuldardır

Dörd günlük iş həftəsi Britaniyada tədricən reallığa çevrilir. SİA “Independent”ə istinadla xəbər verir ki, bu il Böyük Britaniyada müxtəlif sahələri təmsil edən 17 şirkət dördgünlük iş həftəsini sınaqdan keçirib. “4 Day Week Foundation” tərəfindən təşkil olunan pilot proqramda təxminən min əməkdaş iştirak edib və onların əməkhaqları dəyişmədən saxlanılıb. Sınaq uğurla başa çatdıqdan sonra bütün 17 şirkət bu sistemi müəyyən formada davam etdirməyə qərar verib. Aparılan sorğulara əsasən, iştirakçıların təxminən üçdə ikisi dörd günlük iş rejiminin onları daha az tükənmiş hiss etdirdiyini bildirib və bu sistem həm işçilər, həm də işəgötürənlər…

Daha çox

Bu gün yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir…

Daha çox

Moskvada ticarət mərkəzində yanğın

Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Solneçnıy veter” ticarət mərkəzində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının ticarət mərkəzinin fasadında baş verdiyi bildirilib. Yanğın zamanı 100-ə yaxın insan təxliyə edilib. Yanğının miqyası genişlənmədən yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Daha çox

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro maliyyə ayıracaq

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro məbləğində maliyyə paketi ayıracaq. SİA Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə imzalanmış razılaşma 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş vilayətlərdə, böyük şəhərlərdə bələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləmək məqsədi güdür. Razılaşmaya əsasən, maliyyə iki tranşla təqdim ediləcək. Zəlzələdən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulması üçün 150 milyon avro, ikinci tranşda isə şəhərdaxili nəqliyyat sistemlərinin yaxşılaşdırılması üçün 50 milyon avro məbləğində maliyyə ayrılacaq. İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzinin rəhbəri Valid Əbdül Vəhhab bildirib ki, bu layihə…

Daha çox

İlon Mask siyasi partiya yaratdığını elan etdi

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə eks-rəhbəri İlon Mask siyasi partiya yaratdığını elan edib. SİA xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb. Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb. “İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün “Amerika Partiyası” azadlığınızı sizə qaytarmaq üçün quruldu”, – o yazıb. Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib.…

Daha çox

Əlcəzairli tarixçi Berber mədəniyyətini sionist layihə adlandırdı və…

…Əlcəzair məhkəməsi tarixçi Məhəmməd Əmin Belqiti milli simvolları təhqir etmək və etnik ədavəti qızışdırmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. SİA-xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb. O, Berber dilinin və mədəniyyətinin varlığını şübhə altına alaraq, onları franko-sionist layihəsi adlandırıb. …Və bu cür bəyanatlar Əlcəzair cəmiyyətində hiddət fırtınasına səbəb olub. Mayın 3-də Belqit “milli birliyi pozmaq”, “millətin və respublikanın rəmzlərini təhqir etmək” və “nifrət və düşmənçiliyi qızışdırmaq” ittihamları ilə həbs edilib. …Müttəhimin vəkili Tofiq Xişurun sözlərinə görə, həbs müddəti ilə yanaşı, Belqit 700 min dinar (5400…

Daha çox

Rusiyalı milyarder kapitalının üçdə birini itirmək riskindədir..

Bir sıra uğursuz investisiyalardan sonra oliqarx ümumi dəyəri 2 milyard dollardan çox olan beynəlxalq məhkəmələrin obyektinə çevrilib… …Rusiyanın ən zəngin iş adamlarından biri Dmitri Rıbolovlev ABŞ və Avropada məhkəmə çəkişmələrində sərvətinin üçdə birini itirə bilər. SİA-nın məlumatına görə, bu barədə “Moskva Tayms” yazıb. 2011-ci ildə Monakoya köçdükdən sonra Rybolovlev öz vəsaitinin bir hissəsini biotexnoloji startaplardan tutmuş sənət əsərlərinə qədər Qərb aktivlərinə sərmayə qoymağa yönəldib. Nəşr yazır ki, artıq on ildən artıqdır ki, o, davamlı olaraq məhkəmə prosesləri aparır və layihələri uğursuzluqla nəticələnir. 2014-cü ildə iş…

Daha çox