Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə vurduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Yəhya Səriyyə teleqram kanalında məlumat yayıb. Hava limanının 2 hipersəs ballistik raketi ilə hücuma məruz qaldığı bildirilir.
Daha çoxDay: July 6, 2025
Şərurda avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
Şərur rayonuna yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Hazırda yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.
Daha çoxÜmumdünya İrs Komitəsinin 47-ci sessiyası işə başlayıb
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası qurumun mənzil qərargahında Büro iclasları ilə işə başlayıb. SİA xəbər verir ki, Azərbaycan da sessiyada təmsil olunur. İyulun 16-dək davam edəcək sessiyada əvvəlcə gündəlik qəbul ediləcək, sonra 2024-2025-ci illər üçün Ümumdünya İrs Fondunun icrası, 2026-2027-ci illər üçün Ümumdünya İrs Fondunun büdcə təklifi və COM 13 – məsləhətçi qurumun yaradılması qərarına əməl olunması ilə bağlı hesabatlar dinləniləcək. Ümumdünya İrs Mərkəzinin fəaliyyəti və Ümumdünya İrs Komitəsinin qərarlarının icrası haqqında hesabat və 2025-ci il Dünya İrs Gənc Peşəkarlar Forumunun mesajının təqdim…
Daha çoxİsrail Ordusu Qəzzada 130-a yaxın hədəfə hücum edib
İsrail Ordusu Qəzza zolağına sistemli şəkildə zərbələr endirməkdə davam edir. SİA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə təxminən 130 hədəfə hücum edib. Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub. Ayrı-ayrı silahlı qruplara qarşı da hücumlar həyata keçirilib. Qeyd olunub ki, quru bölmələri bütün zolaqda – həm cənubda, həm Xan Yunis və Rəfah bölgəsində, həm də şimal hissədə, o…
Daha çoxKeçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır
Ölkəmizdə vəkillik peşəsinə maraq azalmır. Bu gün də Vəkillər Kollegiyasına üzvlük imtahanında 421 nəfər iştirak edir. Kollegiyaya qəbul mütəmadi keçirilir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, namizədlər ölkəmizin bütün bölgələrini əhatə edir: “Ürəkaçan haldır ki, namizədlərin 70 faizdən çoxu 40 yaşınadək olan hüquqşünaslardır. Bu imtahanların fərqi ondan ibarətdir ki, namizədlərin 50 faizdən çoxu Bakı şəhərindən olmasına baxmayaraq 45 faizi ölkəmizin digər bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını təmsil edirlər. Həmçinin xanım namizədlərin sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına…
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Daha çoxƏlilliyi olan şəxslər üçün ilk dəfə veloreabilitasiya layihəsinə başlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə başlayır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsindən ibarətdir. Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bu layihə 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və “Azərbaycan Əlil…
Daha çoxYaponiyada yenə zəlzələ oldu
Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Yaponiya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı Tosima adası yaxınlığında yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur. Xatırladaq ki, iki gün öncə də Tokara adaları yaxınlığında 5.3 bal gücündə zəlzələ baş vermişdi.
Daha çoxBöyük təbiət alimi, maarifçi
Bəxtiyar Hüseynov, Yazıçı-ekoloq, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü XIX əsr Azərbaycan mədəniyyətinin və elminin ən görkəmli nümayəndələrindən biri də Həsən bəy Zərdabi olmuşdur. Bəri başdan qeyd edək ki, Həsən bəy Zərdabinin bir təbiətşünas alim kimi yetişməsində Azərbaycan elmi ənənələri və XIX əsrin elmi və ictimai mühiti mühüm rol oynamışdır. Həsən bəy Zərdabi 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Babası Rəhim bəy və atası Səlim bəy dövrün açıq düşüncəli, elmə, mədəniyyətə maraq göstərən bəylərindən olmuşlar. Hətta, mənbələrin verdiyi məlumata görə, Səlim bəyin evində müxtəlif kitab müzakirələri, diskussiyalar keçirilərmiş.…
Daha çoxƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Əhmədbəyli-Füzuli-Şuşa yolu da belə layihələrdən biridir. Yolda aparılan tikinti işləri barədə SİA-nın bölgə müxbirinə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu…
Daha çox