Tramp “acizliyini” etiraf edir..?

Tramp artıq Ukraynada müharibəni dayandıra biləcəyini bilmir. Bundan əvvəl ABŞ prezidenti onu “24 saat” ərzində başa çatdıracağına söz vermişdi… …Və bu arada ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı müharibəsinə son qoya biləcəyinə şübhə ilə yanaşıb. SİA-xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyinə artıq əmin olmadığını bildirib. Bəyanat onun seçki kampaniyası zamanı verdiyi münaqişəyə tez bir zamanda son qoymaq vədindən çox fərqlidir. ..Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm. …Deməli, ABŞ prezidenti etiraf edib bunu. Prezidentdən müharibəni bitirməyin prioritet olub-olmadığını…

Daha çox

Putinin ətrafı arasında çaxnaşma yaranıb…

Kreml pul çatışmazlığı ucbatından dalana dirənib… …Yenə də xatırladaq, o vaxt Rusiyada keçirilən iqtisadi forum zamanı hökumət rəsmiləri ciddi problemləri etiraf ediblər. Vladimir Putin hərbi xərcləri azaltacağını, eyni zamanda mübarizəni davam etdirmək istədiyini bildirib. Kreml rəhbəri çoxdan öz xalqını qorxudur..? SİA-nın əldə etdiyi məlumata görə, iqtisadiyyat elmləri doktoru İqor Lipsitsin Kanal 24-ə qeyd etdiyi kimi, onlara 2022-ci ildən “müharibə” sözünü işlətmək qadağan edilib. …Rusiya liderinin ətrafı panikaya düşür: Rusiyada insanlar o qədər qorxurlar ki, hətta ən yüksək şaquli hakimiyyət də nə isə deməkdən çəkinir. Bunu…

Daha çox

Rusiya aclıq astanasındadır..?

Əsas taxıl regionunda məhsuldarlıq ən aşağı səviyyəyə düşüb… Əsas quraqlığa göstərilir… …Ölkədə bütün taxıl məhsullarının demək olar ki, 10 faizini təmin edən Rusiyanın əsas taxılçılıq regionu olan Rostov vilayəti quraqlıq səbəbindən məhsul yığımında artan problemlər yaşayır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keçən il Rostov fermerləri gözlənilən 16 milyon ton taxıl əvəzinə 11,4 milyon ton məhsul yığıblar. Bu il vəziyyət daha da pisləşib. Region qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar xəbərdarlıq edib ki, taxıl məhsulu daha 20 faiz azala bilər, yəni son on ilin minimuma…

Daha çox

Rusiyada toy salonlarının sayı azalıb…

…Son bir ildə Rusiyada toy salonlarının sayı 12 faiz azalıb. Bu, nikahların sayının azalması və yeni evlənənlərin pula qənaət etmək istəyi ilə bağlıdır. Gəlinlikləri getdikcə daha çox onlayn platformalarda və ya kütləvi marketlərdən alırlar. Toy salonları ayaqda qalmaq üçün göstərdikləri xidmətlərin çeşidini fəal şəkildə genişləndirirlər. SİA-xəbər verir ki, Yandex Maps-in məlumatına görə, iyunun əvvəlinə ölkədə 2,7 min şadlıq salonu fəaliyyət göstərirdi ki, bu da bir il əvvəllə müqayisədə 12 faiz azdır. Azalma istehlak tələbinin azalması ilə bağlıdır. …Chek Index-ə görə, bu ilin ilk 6 ayında gəlinlik alışlarının sayı keçən ilin…

Daha çox

Nazir şampan içdikdən sonra avtomobil sürməyə “icazı verir”..?

İçki ictimai tədbirlərdə nəzakətdən istifadə olunur… Almaniyanın Federal Nəqliyyat naziri Patrik Şnayder sürücülər üçün icazə verilən maksimum qan spirti səviyyəsinin ləğvinə qarşı çıxıb. SİA-nın əldə etdiyi məlumata görə, Spiegel xəbər verir ki, o, bu barədə “Funke Mediengruppe” nəşrinə müsahibəsində bildirib. Hazırda Almaniyada yaşı 21 və daha yuxarı olan sürücülərə sükan arxasına keçmək üçün qanında 0,5 ppm spirt səviyyəsinə icazə verilir. Lakin bu yaxınlarda Brandenburqun nəqliyyat naziri Detlef Tabbert bunu sıfıra endirməyə çağırıb. …Mən, şübhəsiz ki, spirtli içkisiz avtomobil sürməyi tövsiyə edirəm. Bunu Şnayder deyib və eyni zamanda,…

Daha çox

Rusiya əhalisi azalıb: hakimiyyət çaxnaşma içindədir…

Rosstat bütün demoqrafik məlumatları bağlayıb… Rusiya hakimiyyəti demək olar ki, bütün demoqrafik statistikanı bağlayıb. SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu həftə dərc olunan Rusiyanın may ayı üçün sosial-iqtisadi vəziyyəti ilə bağlı hesabatda əhalinin təbii artımı, doğum və ölüm sayı, nikah və boşanma, miqrasiya və hətta əhalinin sayı ilə bağlı adi məlumatlar yer almayıb. MMI (Media Marketinq İndeksi–A.B.) analitikləri hesabatda “Demoqrafik göstəricilər” bölməsi sadəcə yoxdur” deyə şikayətlənirlər. …Sanksiyaların tətbiqi üçün əsas ola biləcək məlumatların ört-basdır edilməsi bir şeydir. Lakin onlar yalnız bizə, ruslara…

Daha çox