…Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı xüsusi adlandırdığı və Rusiyanın çoxsaylı maliyyə sxemlərinə yönəlmiş yeni sanksiyalar paketinin imzalandığını açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, sanksiyalar Ukrayna Milli Bankının təşəbbüsü ilə tətbiq edilib və Rusiyanın kriptovalyuta əməliyyatları ilə bağlı sxemlərinə qarşı yönəlib. 60 hüquqi və 73 fiziki şəxsə qarşı sanksiya tətbiq edilib. Onların hamısı Rusiya vətəndaşlarıdır.
Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə söhbətinin sonuncunun tam gücsüzlüyünü göstərdiyini bildirib.
Əli Babayev