Çinin Şandun əyalətində mühəndislər böyük geotermal enerji yatağının kəşf edildiyini elan ediblər.
Jizhao şəhərinin yaxınlığında, bir neçə kilometr dərinlikdə, təxminən 200 dərəcə Selsiyə qədər qızdırılan “isti quru qayalar” aşkar edilib.
Alimlər ilkin olaraq bu kəşfin enerji potensialını nəhəng kimi qiymətləndirirlər. Onun ölkənin dörd minillikdən artıq enerji tələbatını ödəyə biləcəyi gözlənilir.
Bu həcm təxminən 19 milyard ton kömürlə müqayisə edilir. Yeni enerji mənbəyinin yüksək rentabelliyi vurğulanır.
Ondan əldə edilən elektrik enerjisinin dəyəri külək generatorlarının dəyərinin yarısı, günəş elektrik stansiyalarınınkından isə 90 faiz az olduğu təxmin edilir. Kəşfdən sonra ABŞ ekoloji problemlərlə bağlı Pekinin əvvəlki tənqidlərinə baxmayaraq, resursun birgə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Bununla belə, Çin tərəfi bildirir ki, əsas nailiyyət kəşfin özü deyil, dərin qazma texnologiyasının inkişafıdır.
Alınan bilik və texnologiyaların dövlət üçün yeni geotermal mənbədən daha geniş perspektivə və əhəmiyyətə malik olması vurğulanır.
Əli Babayev