Hindistan “Su-57”-yə görə “Su-35”-in alışından imtina edə bilər..?


…Ola bilər ki, Hindistan rəhbərliyi Rusiyanın “Su-35” təyyarələrinin tədarükü ilə bağlı planlara yenidən baxsın. Qərb mətbuatının yazdığına görə, Yeni Dehli daha müasir modelə üstünlük verməyə hazırdır.

SİA-nın məlumatına görə, Western Military Watch Magazine (MWM) xəbər verir ki, Hindistan Rusiyanın 4++ nəsil “Su-35” qırıcılarının alınması planlarına yenidən baxa və sonuncu üzərində tam texnoloji nəzarətin potensial ötürülməsi səbəbindən “Su-57”-yə üstünlük verə bilər.

Məqalədə qeyd edilir ki, Rusiya tez bir zamanda köhnəlmiş “MiQ-21” və “MiQ-27”-nin daha müasir “Su-35” ilə əvəzlənməsini təklif edib.

…Çox güman ki, Hindistan beşinci nəsil “Su-57” qırıcılarının alınması və lisenziyalı istehsalı proqramı həyata keçirəcək. Onun mümkünlüyü fevralda Hindistan Müdafiə Nazirliyində müzakirə edilib.

Xüsusilə Rusiyanın may ayında təyyarənin mənbə koduna tam girişi təmin etmək təklifini nəzərə alsaq…

Bu məqalədə deyilir.

Western Military Watch Magazine vurğulayır ki, daha sürətli istehsal sürəti və “Su-35”-ə bənzəyən “Su-30MKI”-də Hindistanın təcrübəsi “Su-35”-in “Su-57”-dən üstünlüyüdür. Nəşr təklif edir ki, Hindistan ən son silahlar və bort sistemləri ilə təchiz olunarsa, “Su-35”-i seçə bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər