…Şimali Koreya lideri Kim Çen In Pxenyandakı Kumsusan Günəş Sarayını ziyarət edib.
SİA-nın məlumatına görə, səfər dövlət qurucusu Kim İr Senin ölümünün 31-ci ildönümünə təsadüf edib.
O, mərasimdə Siyasi Büro üzvləri, yüksək vəzifəli partiya və hökumət rəsmiləri, silahlı qüvvələrin komandanlığının iştirakı ilə keçirilib.
Kim İr Senin və Kim Çen İrin heykəlləri önünə ölkənin hazırkı lideri adından gül səbəti düzülüb.
Partiyanın Mərkəzi Komitəsi, Şimali Koreya Dövlət Şurası və Nazirlər Kabineti də öz əklillərini təqdim ediblər.
Tədbirin rəsmi elanını Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.
Deyilənlərə görə, guya bu cür mərasimlər Şimali Koreyada hakimiyyətin davamlılığını nümayiş etdirən dövlət ritualının mühüm hissəsidir.
…Hə, deməli, Ermənistanda baş nazir kilsə ilə vuruşarkən, İlon Maskın atası isə yüksək səslə geosiyasi bəyanatlar verərkən,.. Şimali Koreyada hər şey sabitdir – ölkə rəhbərliyi sələflərinin xatirəsini ehtiramla yad edir.
Əli Babayev