“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha da möhkəmləndirmək üçün Anlaşma Memorandumu imzalayıb. SİA xəbər verir ki, bu barədə ADY-nin sədri Rövşən Rüstəmov sosial şəbəkədəki hesabında məlumat verib.
Məlumata görə, sənədi ADY sədri Çinə səfəri çərçivəsində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə birlikdə imzalayıb.
“Səfər çərçivəsində “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovla Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsini müzakirə etdik. Həmçinin Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak etdik”, – məlumatda qeyd olunub.