Azərbaycan jurnalistləri “haqsız rəqabət” mövzusunda biliklərini sınayıblar


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi media nümayəndələri arasında “Mediada rəqabət” mövzusunda intellektual yarış təşkil edib. SİA bu barədə quruma istinadən xəbər verir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan maarifləndirici tədbirdə 40-a yaxın jurnalist iştirak edib.

Yarışın keçirilməsində məqsəd Agentliyin fəaliyyət istiqamətləri üzrə media nümayəndələrinin nəzəri və praktiki biliklərini artırmaq, müvafiq sahələrdə məlumatlılıq səviyyəsini yüksəltmək, həmçinin qarşılıqlı əməkdaşlığı gücləndirmək olub.

Üç mərhələdən ibarət yarışda iştirakçılar qiymət intizamı, malın dəyişdirilməsi və qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə, standartlar, uyğunluğun qiymətləndirilməsi, hökmran mövqe və digər mövzularla bağlı yazılı və vizual tapşırıqları yerinə yetiriblər.

Tədbir zamanı Agentliyin ekspert qrupu iştirakçıların fəallığını və bilik səviyyəsini qiymətləndirib, mövzularla bağlı əlavə izahlar verib.

Əlaqəli Xəbərlər