Kral III Çarlzın gözündə qanaxma: həkimlər səbəbini izah edirlər…


…Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya səfəri zamanı Kral III Çarlzın qırmızı gözü ilə diqqət çəkməsi sosial mediada narahatlıq dalğasına səbəb olub.

SİA-nın məlumatına görə, “The New York Post” xəbər verir ki, hazırda xərçənglə mübarizə aparan monarxın gözündə görünən qanaxma var.

Bukingem Sarayı bunun normal bir qan damarının yırtılması (subkonyunktival qanaxma) olduğunu və xərçənglə əlaqəli olmadığını söyləyib.

Anonim nümayəndə bu vəziyyətin təhlükəli olmadığını və tez-tez öskürək, asqırma və ya gərginlik nəticəsində yarandığını vurğulayıb.

Mayo Klinikasının həkimləri təsdiq ediblər ki, bu qızartı müalicə olunmadan 1-2 həftə ərzində yox olur.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər