Tixanovskayanın “hökuməti” terror təşkilatı kimi tanınıb…


Belarus Baş Prokurorluğu müxalifətçi siyasətçi, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın “Birləşmiş Keçid Nazirlər Kabineti”ni terror təşkilatı kimi tanıyıb.

SİA-xəbər verir ki, bu barədə idarənin rəsmi Telegram kanalında məlumat verilib.

…Birləşmiş Keçid Nazirləri Kabineti terror təşkilatı kimi tanınıb və onun ölkə ərazisində fəaliyyəti qadağan edilib.

Bunu nəşr yazır.

Baş Prokurorluq dəqiqləşdirib ki, Tixanovskayanın “hökuməti”nin fəaliyyəti məhkəmənin qərarı ilə respublika ərazisində qadağan edilib.

Tixanovskaya Amerika lideri Donald Trampa müraciət edərək əri, siyasətçi Sergey Tixanovski azad edildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər