2025-ci ilin ilk altı ayında Yaponiyada 40,000-ə yaxın göy öskürək hadisəsi qeydə alınıb ki, bu da əvvəllər xəstəliyin pik ili hesab edilən 2019-cu ildə qeydə alınan rəqəmdən iki dəfə çoxdur.
SİA-xəbər verir ki, NHK telekanalının məlumatına görə, təkcə 2025-ci ilin yanvar-may ayları ərzində 19,3 min nəfərdə göy öskürək diaqnozu qoyulub ki, bu da bütün 2019-cu illə müqayisədə 2,4 min nəfər çoxdur.
İlin birinci yarısında xəstələrin ümumi sayı 40 min nəfərə çatıb ki, bu da bütün müşahidələr tarixində mütləq rekorda çevrilib. Mütəxəssislər yoluxmaların kəskin artmasını COVID-19 pandemiyasından sonra sürü toxunulmazlığının zəifləməsi ilə əlaqələndirirlər.
…Yaponiya səlahiyyətliləri uşaqlar üçün peyvəndləri və böyüklər üçün təkrar peyvəndləri artırır, izdihamlı yerlərdə maska taxmağı tövsiyə edir və uzun sürən öskürək üçün təcili testlər tətbiq edir.
Nazlı Almuradova