MTP (“Most Traveled People”) Beynəlxalq Səyyahlar Klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi inzibati binada olublar. SİA-nın məlumatına görə, səfər zamanı nümayəndə heyətinin üzvlərinə şəhərin bərpası mərhələləri haqqında ətraflı məlumat verilib.
Səyyahlar həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin – şairə Xurşidbanu Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və müğənni Bülbülün büstləri ilə tanış olublar.