Azərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunur?


“Son illərdə Azərbaycana avtomobil idxalında ciddi artım müşahidə olunur və bu idxalın əsas hissəsi bir neçə ölkənin payına düşür. Ən çox avtomobil gətirilən ölkələr sırasında Yaponiya, Cənubi Koreya, Almaniya, Çin və ABŞ xüsusi yer tutur”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Yaponiyadan hibrid və elektrik mühərrikli avtomobillərin idxalında artım qeydə alınıb. Bu isə həm yanacaq sərfiyyatına qənaət, həm də ekoloji amillərlə bağlıdır: “Çin istehsalı avtomobillər də bazarda getdikcə daha çox yer almaqdadır. Bunun səbəbi həm münasib qiymət, həm də son texnoloji yeniliklərin tətbiqidir. Almaniyadan idxal olunan avtomobillər isə daha çox premium və lüks seqmentə aiddir. Eyni zamanda, ABŞ və Koreya brendləri də xüsusilə orta təbəqənin üstünlük verdiyi modellərdir.

Avtomobil idxalına təsir edən əsas amillər arasında gömrük rüsumları, yanacaq növləri, avtomobilin texniki göstəriciləri və ölkədaxili tələbat mühüm rol oynayır. Ölkəmizdə avtomobil parkının yenilənməsi və ekoloji təmiz nəqliyyat vasitələrinə keçid istiqamətində atılan addımlar da idxal coğrafiyasına və strukturuna təsir edir”.

Əlaqəli Xəbərlər