Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında münasibətlərin tarixinin ən həssas məqamlarından birinə – Volın faciəsinə toxunan bəyanatla çıxış edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı vurğulayıb ki, Varşava bu faciəli hadisələrin beynəlxalq səviyyədə rəsmi şəkildə soyqırım kimi tanınmasına çalışmır.
Ukrayna cəmiyyətinə müraciət edən Polşa lideri əmin edib ki, Polşa 1943-cü il hadisələri ilə bağlı hər hansı maddi ödəniş tələb etmək niyyətində deyil. Qorxma, bizə kompensasiya lazım deyil.
TASS agentliyi prezidentin sözlərini sitat gətirir.
Anjey Duda bir qrup mühafizəkar bloggerə verdiyi müsahibədə öz fikrini bildirib.
Müsahibə Nowy Ład YouTube kanalında nümayiş etdirilib. …Volın faciəsi Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusunun (OUN-UPA, hər iki təşkilat Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) yaraqlıları tərəfindən Polşa mülki vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinə aiddir.
Bu hadisələr 1943-cü ildə Ukraynanın qərbində baş verib və uzun müddətdir ki, iki ölkə arasında fikir ayrılığına səbəb olub.
Dudanın birbaşa Ukrayna xalqına ünvanladığı bu bəyanatı qarşılıqlı anlaşmanın yaxşılaşdırılması və normal dialoqun bərpası istiqamətində atılan addım kimi qiymətləndirilir.
Həm faciəyə hüquqi qiymət verilməsi, həm də maliyyə iddiaları ilə bağlı ən aktual tələblərin rədd edilməsi Varşava və Kiyev arasındakı tarixi fərqləri aradan qaldırmağa kömək edə bilər.
Bundan əvvəl Duda NATO-nu Rzeşovdakı mərkəzi bağlamaqla hədələmişdi.
Əli Babayev