Dünya səyyahları Ağdamda


Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam şəhərinə gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. SİA xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Əlaqəli Xəbərlər