İtaliyanın Kastiqlione della Peskaya bölgəsində turist düşərgəsi ərazisində yanğın baş verib.
SİA xəbər verir ki, alov evlər və yaşayış yerləri olan təxminən bir hektar şam meşəsini bürüyüb. Tüstü geniş əraziyə yayılıb, turistlərin böyük narahatlığına səbəb olub. Təxminən 600 nəfər düşərgədən təxliyə edilib.
Yanğının söndürülməsinə 5 helikopter və mülki müdafiə qüvvələri cəlb olunub. Düşərgədəki idman zalında ilkin tibbi yardım və toplama məntəqəsi yaradılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin ətraf mühitə və infrastruktura ciddi ziyan dəyib. Yanğının nasaz su qurğusundan baş verdiyi güman edilir.