Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 759 milyon 883 min 500 manat olub.
SİA-xəbər verir ki, Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı isə 4 faiz artaraq 1612 manat olub.