Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında münasibətlərin tarixinin ən həssas məqamlarından birinə – Volın faciəsinə toxunan bəyanatla çıxış edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı vurğulayıb ki, Varşava bu faciəli hadisələrin beynəlxalq səviyyədə rəsmi şəkildə soyqırım kimi tanınmasına çalışmır. Ukrayna cəmiyyətinə müraciət edən Polşa lideri əmin edib ki, Polşa 1943-cü il hadisələri ilə bağlı hər hansı maddi ödəniş tələb etmək niyyətində deyil. Qorxma, bizə kompensasiya lazım deyil. TASS agentliyi prezidentin sözlərini sitat gətirir. Anjey Duda bir qrup mühafizəkar bloggerə verdiyi müsahibədə öz fikrini bildirib. Müsahibə…
Daha çoxDay: July 10, 2025
“Moskvanı cəhənnəmə çevirəcəyəm”
Dünya mediası Donald Trampın Vladimir Putinə münasibətinin necə dəyişə biləcəyini müzakirə edir Donald Trampın Ukraynada davam edən hərbi münaqişə ilə əlaqədar Rusiya dövlətinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı vədləri dünya mətbuatında dərhal reaksiya doğurub. Bundan əlavə, KİV ötən il Donald Trampın söhbətinin səs yazısının sızması ilə bağlı xəbər yayıb və o, Vladimir Putinə Rusiya paytaxtını bombalaması ehtimalı barədə əvvəlcədən xəbərdarlıq etdiyini bildirib. CNN-ə təqdim edilən audio yazıya görə, keçən il donorların qapalı görüşündə (seçkiqabağı kampaniya zamanı) Donald Tramp deyib ki, o, Rusiya prezidenti Vladimir Putini (“Moskvanı cəhənnəmə çevirəcəyəm”) hədələməklə…
Daha çoxAzərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb
Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib. Deyilib ki, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən…
Daha çox“İlham Əliyevin ölkələrarası əlaqələri gücləndirməsi Türkiyə olaraq bizi qürurlandırır”
“Azərbaycan Prezidenti cənab İlham Əliyev 9 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Ərəb mediasına əsasən, BƏƏ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi edəcək”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlikdən faydalanmağa çalışan Paşinyana səslənən Aktürk deyib “Ermənistan baş…
Daha çoxDİN-də kollegiya iclası keçirilib, 6 ayın yekunları müzakirə olunub
Daxili İşlər Nazirliyində (DİN) car ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Bu barədə SİA-ya DİN-dən məlumat verilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin peşəkarlıqla təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb. Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə…
Daha çoxAMB bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Atasığorta”da aparılan monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulduğu aşkar edilib. Fiziki şəxs Alıyev Habil Cəfər oğlunun isə fəaliyyəti ilə bağlı rüblük hesabatı yanlış təqdim etdiyi aşkarlanıb.
Daha çoxİlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib – YENİLƏNİB 5
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib – YENİLƏNİB 5
Daha çoxAzərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Təşkilatın Baş katibi seçilib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib. Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb. BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.
Daha çoxQəzzada sığınacaq axtarışı
HƏMAS ilə danışıqlar və ÇAXAL-ın yerləşdirilməsi İsrailin baş naziri Benyamin Netanyahu iyulun 8-də axşam Ağ Evdə ABŞ prezidenti Donald Trampla 24 saat ərzində ikinci görüşü keçirib. Görüş tamamilə Qəzza zolağındakı vəziyyətə və atəşkəs perspektivlərinə həsr olunub. Vaşinqton İsrail və radikal HƏMAS qrupunun bu həftə 60 günlük “atəşkəs”in şərtləri ilə bağlı razılığa gəlməsini gözləyir. Hazırda yeganə mübahisəli məsələ İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada fəaliyyət göstərən bölmələrinin fasilə zamanı harada yenidən yerləşdiriləcəyidir. Yaraqlılar İsrail hərbçilərinin anklavın mərkəzi hissəsində qalmasının və ona nəzarət edə bilmələrinin əleyhinədirlər. Benyamin Netanyahu iyulun 8-də ABŞ-a səfəri zamanı…
Daha çoxDünya səyyahları Ağdamda
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam şəhərinə gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. SİA xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin…
Daha çox