ABŞ-nin Texas ştatında daşqın qurbanlarının sayı 120-yə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 172 nəfər itkin düşüb. Məlumata görə, daşqından ən çox zərər çəkən Kerr qraflığında 59 böyük və 36 uşaq həlak olub. Qeyd edək ki, Texas ştatında güclü yağışlar nəticəsində iyulun 4-ü daşqınlar baş verib. İlkin olaraq 104 nəfərin öldüyü bildirilmişdi. ABŞ Prezidenti Donald Tramp iyulun 6-sı ştatın Kerr dairəsində fövqəladə vəziyyət elan edib. O, iyulun 11-i daşqınlardan zərər çəkmiş bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Daha çoxDay: July 10, 2025
Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə yekun vurub
Bu ilin I yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir mərhələ olub. Uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması, sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemində mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Azərbaycan hava məkanı: tranzit üçün prioritet marşrut Yanvar–iyun aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ölkənin hava məkanında ümumilikdə 162 500-dən çox uçuşa xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artım deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici…
Daha çoxİlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib – YENİLƏNİB
İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib – YENİLƏNİB
Daha çoxAztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilir
Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində ənənəvi olaraq aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilir. Milli Məclisinin deputatlarının və Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə bir sıra hüquqi yardım aksiyaları təşkil edilmiş, həmin aksiyalarda minlərlə vətəndaşödənişsiz hüquqi yardımnan faydalanmışlar. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncamdan irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraqpulsuz hüquqi yardım aksiyaları keçirilir. Aksiyalar çərçivəsində göstərilən hüquqi yardımları insanlarımız üçün daha…
Daha çoxAzərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunur?
“Son illərdə Azərbaycana avtomobil idxalında ciddi artım müşahidə olunur və bu idxalın əsas hissəsi bir neçə ölkənin payına düşür. Ən çox avtomobil gətirilən ölkələr sırasında Yaponiya, Cənubi Koreya, Almaniya, Çin və ABŞ xüsusi yer tutur”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Yaponiyadan hibrid və elektrik mühərrikli avtomobillərin idxalında artım qeydə alınıb. Bu isə həm yanacaq sərfiyyatına qənaət, həm də ekoloji amillərlə bağlıdır: “Çin istehsalı avtomobillər də bazarda getdikcə daha çox yer almaqdadır. Bunun səbəbi həm münasib…
Daha çoxSOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub. SİA xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti – “SOCAR Türkiye” məlumat yayıb. Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq. Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a sponsorluq edir.
Daha çoxİlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib – YENİLƏNİB 2
İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib – YENİLƏNİB 2
Daha çoxTexas daşqını və Ağ Evin fəlakəti
Təbii fəlakət Respublikaçıların reytinqinə ciddi təsir edib Texasda yüzlərlə qurban və milyardlarla itki ilə nəticələnən dağıdıcı daşqın təkcə humanitar fəlakət deyil, həm də iki tərəf üçün döyüş meydanına çevrilib. Donald Tramp administrasiyası sələflərinin səhvlərindən qaçmağa çalışır, təbii fəlakətə operativ reaksiya verməyə hazır olduğunu nümayiş etdirməyə çalışır. Onların Demokrat Partiyasından olan rəqibləri isə Ağ Evi əsas xidmətlər üçün maliyyəni düşünmədən kəsməkdə ittiham edərək, siyasi dividentlərə ümid edirlər. Faciə seçki seçimlərində nəzərəçarpacaq dəyişikliklər üçün katalizator ola bilər. İyulun 11-də prezident Donald Tramp dağıdıcı daşqınla üzləşmiş Mərkəzi Texasa səfər etmək niyyətindədir. O, bu…
Daha çoxBakıda BMMT Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb
İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib. Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini oxudu.
Daha çoxBilgəhdə zibilliyə çevrilmiş çimərlik təmizlənib
Bilgəhdə zibilliyə çevrilmiş ictimai çimərliklərdən biri tullantılardan təmizlənib. Bu barədə SİA-ya Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib. Məlumata əsasən, ərazi tam təmizlənilərək təhvil verilib: “Bakı Şəhər və Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin departamentinin işçiləri ərazidə təmizləmə işləri aparıblar. Ərazi tam təmizlənib və təhvil verilib. Vətəndaşlardan təmizliyə riayət etmələrini xahiş edirik”. Qeyd edək ki, sosial şəbəkələrdə Bilgəhdə yerləşən “Daçnik” adı ilə tanınan ictimai çimərliklərdən birinin zibilliyə çevrilməsinin görüntüləri yayılıb.
Daha çox