Bakı metrosu I yarımildə 111 milyondan çox sərnişin daşıyıb

Bu ilin I yarısında “AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 111 milyondan çox sərnişinə xidmət göstərib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib. 6 ay ərzində 9 milyon 822 min sərnişin daşıyan “Koroğlu” stansiyası TOP10 siyahısına liderlik edir.

Daha çox

Pakistanın nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Bu barədə SİA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır. Səfər çərçivəsində nümayəndə heyətinin ədliyyə naziri Fərid Əhmədovla və Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşləri nəzərdə tutulur.

Daha çox

Azərbaycanın Xankəndi Zirvəsi: İƏT-də yeni səhifə

4 iyul 2025-ci il tarixində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsindəki Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyev öz çıxışında nümayəndələri qədim Azərbaycan torpağı olan Qarabağda salamlayaraq, bu tarixi hadisənin 30 illik Ermənistan işğalından azad edilmiş bir bölgədə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etdi. O, Qazaxıstana İƏT-ə səmərəli sədrliyinə görə təşəkkür edərək, Azərbaycanın 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş zirvələrdən sonra üçüncü dəfə İƏT Zirvəsinə ev sahibliyi etdiyini vurğuladı. Zirvənin Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı…

Daha çox

“Qrup şəklində fəaliyyət göstərmək uşaqlarda…”

“Uşaqların erkən yaşlardan uşaq bağçasına getməsi onların psixoloji, sosial və intellektual inkişafı baxımından son dərəcə vacibdir. Baxça yalnız tədris və oyun məkanı deyil, həm də uşağın ilk sosiallaşma mühiti rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Onun sözlərinə görə, uşaq bağçasında formalaşan davranış nümunələri uşağın gələcək həyatına birbaşa təsir edir: “Uşaq ev mühitində əsasən ailə üzvləri ilə ünsiyyətdə olur. Lakin baxçaya başladıqda ilk dəfə yaşıdları ilə birgə fəaliyyət göstərmək, paylaşmaq, gözləməyi bacarmaq və öz fikirlərini ifadə etmək imkanına sahib olur. Bu isə uşağın emosional inkişafında, özünüifadə bacarığının…

Daha çox

Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb

Aqrar Sığorta Fondu 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən sığorta ödənişlərini açıqlayıb. SİA xəbər verir ki, Fondun məlumatına görə, ilin ilk 6 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara, ümumilikdə, 4 milyon 435 min manat aqrar sığorta ödənişi edilib. Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi. Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435…

Daha çox

“Pulsuz gəzir” deyə niyə nifrət edirik? – Blogger gerçəkləri

Bloggerlərin (xüsusilə də səyahət bloggerləri və kontent yaradıcısı influenserlərin) xarici ölkələri “pulsuz gəzməsi” çoxlarının marağına səbəb olan mövzudur. Əslində isə bu, “tam pulsuz” deyil, əmək qarşılığında alınan əməkdaşlıqlar və razılaşmalar nəticəsində baş verir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Əsas prinsip: reklam əvəzinə səfər Blogger, vlogger və ya influenserlər sosial şəbəkələrdə (YouTube, Instagram, TikTok və s.) güclü auditoriyaya sahibdirlər. Bu şəxslər müxtəlif ölkələrin turizm qurumları, mehmanxanalar, aviaşirkətlər və brendlərlə əməkdaşlıq quraraq məhsul və ya xidmətləri tanıtmaq qarşılığında pulsuz səyahət imkanları əldə edirlər. Kimlərə “pulsuz səfər” təklif olunur? Bunlar adətən 10K+…

Daha çox

Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev iyulun 18-də Zaqatalada vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında keçiriləcək görüşdə Zaqatala, Şəki, Qax və Balakən rayon sakinləri iştirak edə bilər: “Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun…

Daha çox

Şuşadan İrlandiya, Kanada və ABŞ-yə ilk dəfə açıqcalar göndərilib

MTP (“Most Traveled People”) klubunun səyyahı Devid Cozef Lanqan ilk dəfə Şuşa şəhərindən birbaşa İrlandiya, Kanada və ABŞ-yə poçt açıqcaları göndərib. SİA xəbər verir ki, bu, Şuşa şəhərinin azad edilməsindən sonra ilk beynəlxalq poçt göndərişi olub. Bundan başqa, klubun səyyahı Rhodora Burton Leqaspi ilk dəfə Şuşadan Nyu-Yorka açıqca göndərib. Açıqcalar şəhərin poçt şöbəsindən göndərilib.

Daha çox

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsindətəşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib. Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraqAzərbaycan Texniki Universitetində keçirilən son etapda özbilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsiləsınaqdan keçiriblər. YekundaBakı, Quba, Gəncə,…

Daha çox