Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib


İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Serebrenitsa şəhərində keçiriləcək soyqırımı qurbanlarının anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaq.

Əlaqəli Xəbərlər