Samuxda “Öyrənmə kompası” layihəsi uğurla icra edilib


Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində “Fərdi layihələr” kateqoriyası üzrə qalib gəlmiş “Öyrənmə kompası” layihəsi uğurla icra edilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, layihənin əsas məqsədi Samux rayon Sarıqamış kənd tam orta məktəbinin V-IX sinif şagirdləri üçün ingilis dili üzrə biliklərinin təkmilləşdirilməsi olub.

“Öyrənmə kompası” qrant layihəsi 5 ay müddətində Samux rayon Sarıqamış kənd tam orta məktəbin direktoru Elnur Qocayev tərəfindən həmin məktəbdə icra olunub.

Əlaqəli Xəbərlər