ABŞ-nin Texas ştatında daşqın qurbanlarının sayı 120-yə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 172 nəfər itkin düşüb. Məlumata görə, daşqından ən çox zərər çəkən Kerr qraflığında 59 böyük və 36 uşaq həlak olub.
Qeyd edək ki, Texas ştatında güclü yağışlar nəticəsində iyulun 4-ü daşqınlar baş verib. İlkin olaraq 104 nəfərin öldüyü bildirilmişdi. ABŞ Prezidenti Donald Tramp iyulun 6-sı ştatın Kerr dairəsində fövqəladə vəziyyət elan edib. O, iyulun 11-i daşqınlardan zərər çəkmiş bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.