ABŞ Kanadadan idxal olunan mallara 35 faiz rüsum tətbiq edəcək…


Eyni zamanda ABŞ prezidenti müəyyən şərtlər daxilində tarif siyasətini dəyişməyə hazır olduğunu bəyan edib. Onlardan biri də narkotik vasitələrin qanunsuz dövriyyəsinin dayandırılmasıdır.

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın avqustun 1-dən Kanada idxalına 35 faiz rüsum tətbiq edəcəyini, eyni zamanda əvvəllər tətbiq etdiyi sektoral tariflərin qüvvədə qalacağını söylədi.

SİA-nın məlumatına görə, Tramp özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, Kanada tarifləri artırarsa, ABŞ artıq tutduğu 35 faizə eyni məbləği əlavə edəcək. Kanadanın baş naziri Mark Karniyə göndərdiyi məktubda ABŞ prezidenti vurğulayıb ki, əgər Kanada və onun şirkətləri ABŞ-a köçsə və ya istehsal açsa, rüsum tutulmayacaq.

Bundan əlavə, Ottava öz sərhədləri vasitəsilə ABŞ-a narkotik vasitələrin daşınmasını dayandırmaq üçün qonşusu ilə əməkdaşlıq edərsə, Vaşinqton tarif siyasətini dəyişməyə hazırdır.

Bunu da Ağ Ev rəhbəri əlavə edib.

Bundan əvvəl ABŞ-ın avqust ayından etibarən Braziliyadan idxala 50 faiz rüsum tətbiq edəcəyi barədə məlumat yayılmışdı.

Əli Babayev

Əlaqəli Xəbərlər