“The New York Times” anonim mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın gözləntilərinin əksinə olaraq, xüsusi hərbi əməliyyat çərçivəsində prioritet vəzifələrdən imtina etmək niyyətində deyil.
Beləliklə, davam edəcək. İnsayderlərin məlumatına görə, Rusiya silahlı qüvvələrinin hərbi əməliyyatlar teatrında üstün mövqeyə malik olması səbəbindən Kreml yaxın gələcəkdə Ukraynanın müdafiəsini sındıra biləcəyinə inanır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The New York Times” xəbər verir ki, bu baxımdan Moskva Kiyev tərəfindən əhəmiyyətli güzəştlər olmadan atəşkəs variantını nəzərdən keçirmir.
Rusiya hakimiyyətinin Vaşinqtondan sanksiyaların mümkün sərtləşdirilməsinə hazır olduğu da vurğulanır.
Bununla belə, Moskva münaqişənin sona doğru getdiyi bir vaxtda ABŞ-la sanksiyaların yumşaldılması üçün razılığa gəlməyə ümid edir.
Nəşr analitikdən sitat gətirir ki, Vladimir Putin “Trampla münasibətləri yaxşılaşdırmaq naminə Ukraynadakı məqsədlərini təhlükə altına atmaq niyyətində deyil”.
Əli Babayev