Audiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşüb


Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelllə görüşüb. SİA xəbər verir ki, İsmət Səttarov səfirə Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib.

O, iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb:

“İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur”.

Səfir Alim Bayel, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib.

O, yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb:

“Televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlıq vacibdir”.

Əlaqəli Xəbərlər