Azərbaycanda “Radioelektron vasitələrə verilən icazələr” sistemi yenilənib


Azərbaycanda yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Təqdimat zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib, sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib.

Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə icazənin verilməsi, ixrac nəzarətinə düşən malların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi, radiotezliklərin ayrılması, eləcə də radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsinin verilməsi ilə bağlı müraciətlərin qəbulu həyata keçirilir.

Əlaqəli Xəbərlər