Bu ölkələr Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyiblər


Yaponiya, ABŞ və Cənubi Koreyanın hərbi rəhbərləri Şimali Koreyanın (KXDR) yaratdığı problemləri həll etmək üçün əməkdaşlığı bir daha təsdiqləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin birləşmiş qərargah rəisi general Yoşida Yoşihide, onun amerikalı və cənubi koreyalı həmkarları general Den Keyn və admiral Kim Myunq Su iyulun 11-də Seulda görüşüblər.

Yoşida Yoşihide üçtərəfli müdafiə əməkdaşlığının ölkələrin siyasi vəziyyətindən təsirlənməməsi üçün konkret sistem qurmağa ümid etdiyini bildirib.

Den Keyn Şimali Koreya və bəzi region ölkələrinin hərbi cəhətdən misli görünməmiş irəliləyişə malik olduqlarını deyib.

Kim Myunq Su isə davamlı üçtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb, Şimali Koreyanın nüvə-raket təhdidlərinin artdığını deyib.

Görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda onlar Pxenyanı nüvə-raket inkişafı proqramlarını dərhal dayandırmağa çağırıblar. Onlar KXDR-in yaratdığı təhlükəsizlik problemlərinin həllində sıx üçtərəfli əməkdaşlığın vacibliyini qəbul etdiklərini bildiriblər.

İyulun 11-də 3 ölkənin xarici siyasət idarələrinin rəhbərləri – İvaya Takeşi (Yaponiya), Marko Rubio (ABŞ) və Park Yun Cu (Cənubi Koreya) isə ASEAN toplantısı çərçivəsində Kuala Lumpurda görüşüblər. Görüşə dair rəsmi açıqlama olmasa da, əsas müzakirə möv

Əlaqəli Xəbərlər