…ABŞ Ukraynaya dəstəyini davam etdirəcək və yaxın vaxtlarda əlavə hava hücumundan müdafiə sistemləri gətirilə bilər.
ABŞ prezidenti Donald Tramp kifayət qədər ardıcıl insandır və medianın onun haqqındakı təsvirləri ilə mühakimə olunmamalıdır.
SİA-nın məlumatına görə, RBC-Ukrayna Bloomberg-ə müsahibəsinə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
…Trampın mövqeyi tutarlıdır, o, medianın təsvirləri ilə mühakimə edilməməlidir… Kəşfiyyat xidmətinin rəhbəri kimi mən daha çox şey bilirəm.
Buna əminlik bildirən Budanov həmçinin əlavə edib ki, ABŞ-ın Ukraynaya dəstəyi “yaxın gələcəkdə” davam edəcək. O, Vaşinqtonun Kiyevin çox ehtiyacı olan əlavə hava hücumundan müdafiə sistemləri göndərə biləcəyini də deyib. Nəşr xatırladıb ki, iyulun 8-də Tramp Ukraynaya silah tədarükünün bərpası barədə göstəriş verib və Rusiya diktatoru Putini mülki əhalinin kütləvi qətlində ittiham edərək onu tənqid edib.
…Budanov həmçinin bildirib ki, Ukrayna və Qərb kəşfiyyat xidmətləri arasında əməkdaşlıq “diqqətçəkən” kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Ukrayna indi kəşfiyyat məlumatlarının mübadiləsi, xüsusən də raket buraxılışları ilə bağlı erkən xəbərdarlıq və peyk şəkillərinə çıxış məsələlərində ABŞ-dan asılıdır.
…Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi əmin edib ki, “…Təhlükəsizlik sahəsində əməkdaşlığımızın dayandırılacağına dair heç bir əlamət görmürəm. Bu, bizim və ya tərəfdaşlarımız üçün faydalı deyil, çünki onlar bizdən məlumat alırlar”.
Budanov həmçinin müttəfiqlərini texnologiyaya etibar etməyi dayandırmağa və “insan zəkasına” – casus şəbəkələrinə qayıtmağa çağırır.
O, izah edib ki, indi demək olar ki, bütün Avropa ölkələri kəşfiyyat fəaliyyətinin ənənəvi üsullarını “demək olar ki, basdırıb” və bu, yanlışdır.
…“Texniki intellektin hər şeyi həll edəcəyinə inanmağı dayandırın: “Heç kim cib telefonunda müzakirə aparıb əməliyyat planlaşdırmayacaq”.
Əli Babayev