Kreml Trampa Ukrayna ilə bağlı yeni təkliflər verir…





Lavr Rusiya üçün yeni fikirlər səsləndirib…



ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyadan Ukraynada nizamlanma ilə bağlı yeni təkliflər alıb.

SİA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus cümə axşamı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Kremlin yeni fikirləri dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında bir gün əvvəl Malayziyada baş tutan görüşdə səsləndirilib.

…Ruslar onun Rubionun prezidentə çatdıracağı bəzi fikirləri bölüşdülər. Və təbii ki, onun nə deyəcəyini görəcəyik. Prezident həmişə bu cür qərarlara rəhbərlik edir.

Bunu detən Bryus xatırladıb ki, Rubio və Tramp Ukrayna ətrafında böhranın həllində irəliləyişin olmamasından məyusdurlar.

Dövlət Departamentinin rəhbəri özü Lavrovla görüşün bir saatdan az davam etdiyi Malayziyanı tərk edərək, Kremlin yeni təkliflərindən çox şey gözləməməyə çağırıb.

…Mən bunu sülhü təmin edən bir şey adlandırmazdım.

Rubio deyib bunu.

Əli Babayev

Əlaqəli Xəbərlər