Tərcüməçi Zelenski ilə görüşdə casusluqda şübhəli bilinir…

O, Brüsseldəki söhbəti lentə alıb. …SİA-nın əldə etdiyi məlumata görə, Fransanın “Le Monde” qəzeti yazır ki, Avropa Komissiyasında işləyən tərcüməçi Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqları lentə aldığı üçün casusluqda şübhəli bilinərək akkreditasiyasından məhrum edilib. Söhbət 2024-cü il dekabrın 19-da Avropa İttifaqı liderlərinin Zelenskinin iştirak etdiyi Brüssel görüşündən gedir. Le Monde yazır ki, bu, bağlı qapılar arxasında baş verib: orada yalnız dövlət başçıları iştirak edirdi və tərcüməçilərə hər hansı yazılı qeydlər götürmək qəti qadağan idi. Danışıqlar zamanı çex tərcüməçiləri görüblər ki, onların Ukrayna dilindən tərcüməyə…

Daha çox

Pentaqon bu məhdudiyyətləri ləğv etdi

Pentaqon rəhbəri Pit Heqset pilotsuz uçuş aparatlarının istehsalını və yerləşdirilməsini sürətləndirməyi tapşırıb. O, bu sahədə Rusiya və Çinlə rəqabətdə ABŞ-ın üstünlük qazanmasına çalışır. SİA xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb. Kanalın əldə etdiyi bir neçə sənədə əsasən, müdafiə naziri innovasiyaların qarşısını alan bəzi bürokratik çətinlikləri aradan qaldırıb və məhdudiyyətləri ləğv edib. Sənədlərdən birində belə deyilir: “Dronların öldürücülüyü artıq bizim özümüzə qoyduğumuz qaydalarla məhdudlaşdırılmayacaq”. Qeyd olunur ki, ilk dəfə olaraq polkovnik və kapitan rütbəsində olan zabitlər 3D çap texnologiyası ilə hazırlanmış PUA-ları müstəqil şəkildə almaq və sınaqdan…

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 6. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 7. 1-ci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

Naxçıvandan xaricə məhsul ixracı 16 faiz artıb

Cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 57 milyon 566 min 140 ABŞ dolları təşkil edib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 5 milyon 814 min 130 dollarını və ya 10,1 faizini ixrac olunmuş məhsulların, 51 milyon 752 min 10 dollarını və ya 89,9 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 faiz, o cümlədən idxal 15 faiz azalıb, ixrac isə 16,0 faiz artıb.

Daha çox

Hizbullahın artilleriya komandiri öldürüldü

İsrail ordusunun Livana növbəti zərbəsi nəticəsində Hizbullahın hərbi qanadının artilleriya komandiri Məhəmməd Camal Murad öldürülüb. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Livanın cənubundakı Əl-Mənsuri şəhəri yaxınlığında məhv edilib. Camal Muradın İsrailə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıdığını qeyd edilib.

Daha çox

Papadan süni intellektlə bağlı sevindirici xəbər

Süni intellektin inkişafı insan və sosial dəyərlərə hörmətlə müşayiət olunmalıdır. SİA xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi sammitə ünvanlandığı müraciətdə yer alıb. Roma Papası qeyd edib ki, yeni texnologiyaların koordinasiya olunmuş yerli və qlobal idarəçiliyinə ehtiyac var. Pontifik onların tapşırıqları sürətlə və səmərəli yerinə yetirmək qabiliyyətini etiraf etməklə yanaşı, mənəvi idrak və həqiqi insani münasibətlərin zənginliyini əvəz edə bilməyəcəyini də vurğulayıb. “Rəqəmsal inqilabın təsiri dərindir, uzaq miqyaslıdır və təhsil, əmək, səhiyyə, idarəetmə, ordu və rabitə kimi sahələrə təsir edir.…

Daha çox

Bu gün yağış yağacaq

Azərbaycanda iyulun 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin…

Daha çox

Rusiya səmasında 50-dən çox PUA vuruldu

Hava hücumundan müdafiə sistemləri üç saat ərzində Rusiya səmasında 26 PUA-nı zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Moskva vaxtı ilə saat 17:00-dan saat 20:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 26 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – Rusiya MN bildirib. Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi idarəsi hava hücumundan müdafiə qüvvələrinin saat 15:00-dan 16:30-a qədər Ukraynaya məxsus 25 PUA-nı məhv etdiyini bəyan edib.

Daha çox

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

Naxçıvanda cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur. Əsas kapitala vəsait qoyuluşunun 83 milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

Daha çox