Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabi görüşü regionda sülhün təməlini qoydu Ermənistan və Azərbaycan hakimiyyəti arasında ən yüksək səviyyədə ilk birbaşa danışıqlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutub. Əvvəllər dövlət başçıları yalnız müxtəlif beynəlxalq sammitlərdə görüşürdü. Tərəflər 5 saat ərzində sülh müqaviləsinin imzalanmasını müzakirə ediblər, mətni hələ mart ayında razılaşdırılıb. Ciddi praktiki nəticə əldə olunmasa da, görüş faydalı oldu. Qarşıdan gələn hadisə bir gün əvvəl məlum oldu. Üstəlik, nə Bakı, nə də İrəvan əvvəllər belə bir şeyə eyham vurmayıblar. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın planlarından danışıb, sanki…
Daha çoxDay: July 11, 2025
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9,1 % artaraq 1 095 manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. İyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət…
Daha çoxKürdlər simvolik olaraq silahlarla ayrılırlar
Kürdüstan Fəhlə Partiyası tərksilah prosesinə başlayır Mayın 12-də özünü ləğv etdiyini elan edən Kürdüstan Fəhlə Partiyası (PKK) rəsmən tərksilah prosesinə başlayır. Silahların təhvil verilməsi mərasimi iyulun 11-də İraqın şimal-şərqində, PKK-nın əsas qüvvələrinin yerləşdiyi dağlarda yerləşən Süleymaniyyə şəhərində keçiriləcək. Bildirilir ki, silahların bir qismi ictimaiyyət üçün məhv ediləcək. Bu, 1980-ci illərdən Türkiyəyə qarşı partizan müharibəsi aparan kürd qruplaşmasının özünü dağıtmasına nail olmuş Ankaranın tələblərindən biridir. Bununla belə, Süleymaniyyədəki mərasim yalnız sülh prosesinin başlanğıcını qeyd edən simvolik bir aksiyadır və bu müddət ərzində hələ də bir çox problemlərin həlli tələb olunur. PKK-nın…
Daha çoxAzərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Daha çoxPaşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..
Mətləb Salahov: “Artıq Rusiya da Ermənistandakı reallıqları qəbul edib, Köçəryanı və Sarkisyanı deyil, Paşinyanı seçib” “Ermənistanda baş verənlər, xüsusilə hazırkı hakimiyyətə qarşı revanşist və Kremlə bağlı olan qüvvələrin zərərsizləşdirilməsi prosesi elə sürətlə həyata keçirilir ki, həttda Moskvadakıkar belə macal tapıb etiraz edə bilmirlər. Səbəb çox sadədir: bölgədə və dünya siyasətində yeni reallaıqlar hakimdir və üfunət iyi verən iylənmiş və işlənmiş siyasi meyitlərin, daşnak keşişlərinin müdafiəsinə qalxmaq heç kimə sərf etmir. Vladimir Putinin şəxsi dost-aşnası kimi tanınan Robert Köçəryan və Serj Sarkisyanın erməni siyasətinin künc-bucağına çəkilməsi və hazırkı Ermənistan ictimai fikrində…
Daha çoxEkoloji avtomobil idxalında 2 dəfədən çox artım qeydə alınıb
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin ilk 5 ayı ərzində ölkəmizə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Daha dəqiq desək, cari ilin yanvar-may aylarında ölkəyə 19 193 ədəd ekoloji təmiz minik avtomobili gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 134,8% (2,3 dəfə) və ya 11 020 ədəd çoxdur. Qeydə alınan artımı iki amillə izah etmək mümkündür. Birincisi, sözügedən minik avtomobillərinin yanacaq istifadəsinin daha sərfəli olması, digəri isə dövlət tərəfindən tətbiq olunan gömrük…
Daha çoxAzərbaycan Gürcüstanla iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycan Gürcüstanla enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”,- deyə o qeyd edib.
Daha çoxsülhə aparan yolun növbəti mərhələsi
2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş Cənubi Qafqazda sülh prosesinin davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir. Görüşün əvvəlki mərhələsində nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələr, ardınca isə liderlərin təkbətək dialoqu, iki ölkə arasında gərgin keçmişə malik münasibətlərin gələcəyi üçün açar rolunu oynayır. Qeyd edək ki, 2025-ci il martın 13-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında davam edən 17 bəndlik sülh sazişinin mətni üzrə razılıq əldə olunmuşdur. Ermənistan…
Daha çoxPrezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü büdcəsinin icrası haqqında sərəncam imzalayıb. SİA xatırladır ki, ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib. İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat…
Daha çoxİlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirdi. Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiyini dedi. Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi. Azərbaycan Prezidenti Gürcüstanda…
Daha çox