AMB iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Daha çox

Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 4-də qəbul etdiyi “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib. SİA xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır. İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Daha çox

Taliban İrana xəbərdarlıq etdi

Taliban hökumətinin Baş nazirinin müavini Mövləvi Əbdülsəlam Hənəfi əfqanıstanlı qaçqınların kütləvi şəkildə deportasiyasına görə İrana xəbərdarlıq edib. SİA xəbər verir ki, bu haqda Əfqanistan televizyası məlumat yayıb. “Əfqan qaçqınlara qarşı kobud və ədalətsiz davranış iki ölkənin xalqları arasında nifrətin yaranmasına səbəb olur. Qaçqınların deportasiyası tədrici şəkildə edilməli, ləyaqət və qonşuluq prinsiplərinə əməl edilməli və əfqan qaçqınlara qarşı alçaldıcı rəftar olmamalıdır”,- Hənəfi tələb edib. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra 300 mindən çox əfqanıstanlı qaçqın İrandan qovulub. Bununla da cari ildə ölkədən çıxarılan əfqanıstanlıların sayı 800 mini keçib.

Daha çox

Qulluğa qəbul olan namizədlər üçün icbari təlimlərə start verilib

Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev icbari təlim prosesi…

Daha çox

Unikal gediş, uğurlu nəticə

Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabi görüşü regionda sülhün təməlini qoydu Ermənistan və Azərbaycan hakimiyyəti arasında ən yüksək səviyyədə ilk birbaşa danışıqlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutub. Əvvəllər dövlət başçıları yalnız müxtəlif beynəlxalq sammitlərdə görüşürdü. Tərəflər 5 saat ərzində sülh müqaviləsinin imzalanmasını müzakirə ediblər, mətni hələ mart ayında razılaşdırılıb. Ciddi praktiki nəticə əldə olunmasa da, görüş faydalı oldu. Qarşıdan gələn hadisə bir gün əvvəl məlum oldu. Üstəlik, nə Bakı, nə də İrəvan əvvəllər belə bir şeyə eyham vurmayıblar. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın planlarından danışıb, sanki…

Daha çox

Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9,1 % artaraq 1 095 manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. İyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət…

Daha çox

Kürdlər simvolik olaraq silahlarla ayrılırlar

Kürdüstan Fəhlə Partiyası tərksilah prosesinə başlayır Mayın 12-də özünü ləğv etdiyini elan edən Kürdüstan Fəhlə Partiyası (PKK) rəsmən tərksilah prosesinə başlayır. Silahların təhvil verilməsi mərasimi iyulun 11-də İraqın şimal-şərqində, PKK-nın əsas qüvvələrinin yerləşdiyi dağlarda yerləşən Süleymaniyyə şəhərində keçiriləcək. Bildirilir ki, silahların bir qismi ictimaiyyət üçün məhv ediləcək. Bu, 1980-ci illərdən Türkiyəyə qarşı partizan müharibəsi aparan kürd qruplaşmasının özünü dağıtmasına nail olmuş Ankaranın tələblərindən biridir. Bununla belə, Süleymaniyyədəki mərasim yalnız sülh prosesinin başlanğıcını qeyd edən simvolik bir aksiyadır və bu müddət ərzində hələ də bir çox problemlərin həlli tələb olunur. PKK-nın…

Daha çox

Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

Mətləb Salahov: “Artıq Rusiya da Ermənistandakı reallıqları qəbul edib, Köçəryanı və Sarkisyanı deyil, Paşinyanı seçib” “Ermənistanda baş verənlər, xüsusilə hazırkı hakimiyyətə qarşı revanşist və Kremlə bağlı olan qüvvələrin zərərsizləşdirilməsi prosesi elə sürətlə həyata keçirilir ki, həttda Moskvadakıkar belə macal tapıb etiraz edə bilmirlər. Səbəb çox sadədir: bölgədə və dünya siyasətində yeni reallaıqlar hakimdir və üfunət iyi verən iylənmiş və işlənmiş siyasi meyitlərin, daşnak keşişlərinin müdafiəsinə qalxmaq heç kimə sərf etmir. Vladimir Putinin şəxsi dost-aşnası kimi tanınan Robert Köçəryan və Serj Sarkisyanın erməni siyasətinin künc-bucağına çəkilməsi və hazırkı Ermənistan ictimai fikrində…

Daha çox

Ekoloji avtomobil idxalında 2 dəfədən çox artım qeydə alınıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin ilk 5 ayı ərzində ölkəmizə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Daha dəqiq desək, cari ilin yanvar-may aylarında ölkəyə 19 193 ədəd ekoloji təmiz minik avtomobili gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 134,8% (2,3 dəfə) və ya 11 020 ədəd çoxdur. Qeydə alınan artımı iki amillə izah etmək mümkündür. Birincisi, sözügedən minik avtomobillərinin yanacaq istifadəsinin daha sərfəli olması, digəri isə dövlət tərəfindən tətbiq olunan gömrük…

Daha çox