Qərb Putinin İrana müraciətindən xəbər verib…


Rusiya prezidenti Vladimir Putin İranı uranın “sıfır zənginləşdirilməsi” şərti ilə ABŞ-ın nüvə sazişini qəbul etməyə çağırır.

SİA-xəbər verir ki, bu barədə Axios nəşri müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. …Məsələ ilə tanış olan üç avropalı və bir israilli məmurun sözlərinə görə, Moskva Tehranı “sıfır zənginləşdirmə” ilə razılaşmağa çağırıb.

Bu, məlumatda bildirilir.

Qərb nəşri qeyd edir ki, Putin bu mövqeyini ötən həftə ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronla telefon danışıqları zamanı şəxsən ifadə edib. ə

Rusiya tərəfinin də İsrail rəhbərliyi ilə danışıqlar zamanı prezidentin İran məsələsi ilə bağlı fikirlərini bölüşdüyü bildirilir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran nüvə proqramı üzrə danışıqları yalnız ABŞ böhranın sülh yolu ilə həllində səmimi maraq nümayiş etdirəcəyi təqdirdə davam etdirməyə hazırdır.

Əli Babayev

Əlaqəli Xəbərlər