Mash Telegram kanalı yazır ki, akrobat təcili olaraq xəstəxanaya yerləşdirilib
SİA-nın məlumatına görə,19 yaşlı efiopiyalı Demiyesie Dagim Abel truppa ilə birlikdə üç gün əvvəl Moskvaya qastrol səfərinə gəlib.
İlk tamaşadan əvvəl məşq zamanı akrobat “Rus Yelləncək”ində fənd edib. O, havada bir neçə dəfə çevrilib, döşəyin yanından uçub və arxaya yıxılıb.
Həkimlər sənətçiyə ağır kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyublar.
Hazırda sirkdə “IDOL-2025” ümumdünya festivalı keçirilir və müxtəlif ölkələrin truppaları sirk bacarıqlarını nümayiş etdirirlər.
“IDOL” Ümumdünya Sirk Festivalı 2013-cü ildə təsis edilib. 2025-ci ildə dünyanın ən yaxşı artistlərini 9-cu dəfə bir arenada bir araya gətirib.
Festivalın təşkilatçıları tamaşaçılara və beynəlxalq münsiflər heyətinin üzvlərinə ciddi seçim prosesindən keçmiş ən təsirli sirk tamaşalarını təqdim edirlər.
Bu il festivalda Rusiya, Efiopiya, Tanzaniya, Çin, Vyetnam, Çili, Meksika, ABŞ, Avstraliya, Mərakeş, Macarıstan, Portuqaliya, Şimali Koreya, Monqolustan və Qazaxıstan da daxil olmaqla 15 ölkədən 200 sirk ifaçısı iştirak edəcək. Bundan əvvəl Efiopiyanın Mədəniyyət və İdman Nazirliyi ölkənin “Winget Russian Swing” sirk komandasının festivalda iştirak etmək üçün 10 nəfərlik nümayəndə heyətinin tərkibində Moskvaya getdiyini bildirmişdi.
Komanda “Yelləncəkdə akrobatika” sirk janrını təqdim edəcək.
Nazlı Almuradova